25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi

15 - 17 may 2019 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

WORLDFOOD AZERBAIJAN - Çoxprofilli tərəfdaşlıq münasibətləri

Çoxprofilli tərəfdaşlıq münasibətləri
18.05.2018

Xəbərlər

Sergey Novoxat, “Green Trade” (Ukrayna) şirkəti

– Bu, mənim Bakıya ilk səfərimdir. Sərginin təşkilat səviyyəsi, rahat qeydiyyat prosesi məni yaxşı mənada təəccübləndirib. Bizim şirkət özüyapışan etiket istehsalçısıdır. Azərbaycanın layiqli brendi, keyfiyyətli və güclü istehsalçı olan “Savalan” ticarət nişanı bizim daimi tərəfdaşımızdır. Biz digər ölkələri təmsil edən həmkarlarla məmnuniyyətlə görüşlər keçirmişik. Sərgi çoxprofilli olduğuna görə burada müxtəlif sektorlarda əməkdaşlığın inkişafı üçün istənilən şərait mövcuddur. Şirkətimizin ikinci fəaliyyət istiqamət şirniyyat sənayesidir və buna görə də  biz sərgidə daha çox yerli qənnadı məhsulları istehsalçılarını görmək istərdik.


Xəbərlər

Bütün xəbərlər