25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi

15 - 17 may 2019 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

WORLDFOOD AZERBAIJAN - Avropa İttifaqının proqramı Kipr, Yunanıstan və Rumıniyanı bir araya gətirir

Avropa İttifaqının proqramı Kipr, Yunanıstan və Rumıniyanı bir araya gətirir
17.05.2018

Xəbərlər

Arzu Hüseynova, “Pan-dora” şirkəti

– “Pan-dora” yeni brenddir və biz onu ilk dəfə Bakıda keçirilən bu sərgidə təqdim edirik. “WorldFood Azerbaijan 2018” sərgisindəki stendimiz üç ölkənin məhsullarını “Pan-dora” adı altında birləşdirir. Bu, Yunanıstan, Kipr və Rumıniya kimi ölkələrin təşkilatlarının səylərini koordinasiya edən Avropa İttifaqının proqramıdır. Bu layihə kənd təsərrüfatı və qida məhsulları arasında əlaqə yaratmağı hədəfə alıb. Bu sahə sözügedən ölkələrdə ən mühüm fəaliyyət sahəsidir. Sərgi Avropa İttifaqı daxilində istehsal edilmiş dadlı yeməklərin çeşidini nümayiş etdirmək üçün əla imkan yaradır.

Stenddə hər şirkətin nümayəndələri bir araya gəlib və ümumi məqsədi, yəni distribyutorun tapılması bu şirkətləri birləşdirir. Yunanıstan zeytun yağını təqdim edir. Kiprdə istehsalı edilmiş əsas məhsullar tropik və ekzotik meyvə şirələridir. Cem, mürəbbə və turşu kimi məhsullar isə Rumıniya tərəfindən təqdim olunur. Hər məhsul haqqında məlumat kataloqlarda toplanır.

Biz “WorldFood Azerbaijan” sərgisinin ilk iş günündə məhsullarımıza maraq göstərən müxtəlif şirkətlərin rəhbərləri ilə görüşlər keçirmişik və ümidvarıq ki, öz brendlərimizi yerli bazarda daha yaxşı təbliğ edəcəyik.


Xəbərlər

Bütün xəbərlər