25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi

15 - 17 may 2019 • Bakı Ekspo Mərkəzi

Səfərin təşkili » Otellər

RƏSMİ MEHMANXANALAR:


Boulevard Hotel Baku Autograph Collection

Adını dənizkənarı parkdan götürmüş və Bakı buxtasında, şəhər mərkəzindən şərqdə yerləşən “Boulevard Otel” Azərbaycanın ən böyük konfrans oteli olmaqla qonaqlara 818 ecazkar rahatlığa malik otaqlar təklif edir. “Boulevard Otel” paytaxtın başlıca işgüzar və mədəni mərkəzlərinə tez bir zamanda çatmaq üçün əlverişli məkanda yerləşir və qonaqlara vaxtlarını səmərəli keçirmək üçün hər cür imkanlar təklif edir.
“Boulevard Otel Bakı”nın qonaq otaqları döşəmədən tavanadək olan pəncərələrindən Xəzər dənizinə açılan möhtəşəm mənzərəsi, işgüzar və ya istirahət məqsədilə gələn qonaqların rahatlığını təmin edəcək müasir üslublu mebel və komfortlu yataqları ilə seçilir. Otel otaqlarının interyeri məşhur memarlıq şirkətlərindən olan Robert Angell Design, dəhliz və digər ərazilər isə MKV Design tərəfindən dizayn edilmişdir.

Rezervasiya üçün əlaqə saxlayın:

Tel:
Faks:
E-Mail:
WWW:
+994 12 310 00 10
+994 12 537 0802
info.boulevard@absheronhotelgroup.com
www.absheronhotelgroup.com

Intourist Hotel Baku Autograph Collection

Möhtəşəm şəkildə bərpa edilmiş və müasirləşdirilmiş qədim binada öz əksini tapan İnturist Otel Bakı şəhərin mədəni, tarixi və biznes mərkəzində yerləşməklə Sizə zərif qonaqlamanının dadını hiss etdirəcəkdir. Bizim qonaq otaqlarımız və syutlarımız Sizə unudulmaz rahatlığı və gözoxşayan incəliyi yaşatmaq üçün dizayn olunublar. Eksklyuziv Intourist restoranı – Bakıda müəllif mətbəxi olan ilk restorandır, nahar üçün möhtəşəm atmosfer yaradır. Detallara və xidmətə göstərilən incə diqqət butik Spanı əvəzolunmaz təcrübəyə çevirəcək. İnturist Otel Bakı komfort və dəbdəbəni özündə birləşdirərək qonaqlamanızı unudulmaz edəcəkdir.

Rezervasiya üçün əlaqə saxlayın:

Tel:
Faks:
E-Mail:
WWW:
+994 12 310 00 10
+994 12 537 0802
info.boulevard@absheronhotelgroup.com
www.intouristhotelbaku.com

   
   Qafqaz Point Hotel
   Bakı Şəhəri, Yasamal Rayonu,
   K. Kazımzadə küç. 118, 560-cı məhəllə.


Qafqaz Point Butique Otel Gilan turizmin 5 ulduzlu otel olaraq sinifləndirilən Bakıdakı ən yeni otel layihəsidir. Otel məxsusi memarlıq planı, müasir dekorasiyası, texniki imkanları və yaxşı yetişdirilmiş işçi heyəti ilə beynəlxalq otel standartlarına cavab verən xidmətlər təklif edir.
Otel 44 birnəfərlik, 26 superior, 3 junior suit və birdə lyuks olmaq üzrə 74 ədəd əla dekore edilmiş otaqdan ibarətdir. Konfrans zalı, spa mərkəzi, Naxçıvan açıq bufet restoranı və Panorama a La Carte restoranı müştərilərin bütün zəruri xidmətlərlə təmin edəcek şəkilde dizayn edilmişdir. Bundan əlavə Qafqaz Point Hotel hava limanı transferi, həkim, ekskursiya, uşaq baxıcılığı, bilet satışı, 24 saat otaq xidməti və pulsuz kabelsiz internet xidməti göstərir.

Rezervasiya üçün əlaqə saxlayın:

Tel:
Faks:
E-Mail:
WWW:
+994 12 510 7878
+994 12 537 0802
info@qafqazhotels.com
www.qafqazhotels.com

Digər otellər


Atropat ****

Atropat hoteli dənizsahili ərazidə, qədim Bakının ürəyi olan Içəri Şəhərdə yerləşir. Hotel aşağıda qeyd olunan turizm məkanları ilə əhatə olunub: Qız Qalası, Şirvanşahlar Sarayı, Xəzərin sahilindəki Milli Park, Musiqili fəvvarələr parkı, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, “İçəri Şəhər” metro stansiyası. Təklif olunan xidmətlər:  Konfrans zalı, Siqaret çəkilməyən otaqlar, Şəxsi elektronik seyf, Beynəlxalq mətbəx, 24 saat otaqlara xidmət göstərilməsi, 24 saat səyahət turlarının sifarişi, Konserj, Çamaşırxana xidməti, Transfer, Avtomobil icarə xidməti, Restoran və ticarət mərkəzləri üzrə məsləhətlər, Turistik ekskursiya Uşaq yataq dəsti, Oyandırma xidməti.

 

The Crown Hotel Baku
Best Comfort… Best Value… Best Place for You…

Dəbdəbəli və 5 ulduzlu The Crown Hotel Baku qonaqlarımıza şəhərin və Bakı körfəzinin panoramik mənzərələri ilə zəngin, müxtəlif kateqoriyalara malik 122 rahat otaq təklif edir.

Yüksək səviyyəli, diqqətəlayiq, işgüzar görüşlər, tədbirlər və əyləncələr üçün idealdır məkandır.

The Crown Hotel Baku biznes və turizm səfərlərinin bütün tələblərinə tam olaraq cavab verir.

Otel  şəhərin əsas və elit hissəsindən, 10 dəqiqəlik məsafədə yerləşir.

 

Grand Hotel Europe *****

Hər cür şəraiti olan bu beşulduzlu otel həm işgüzar adamlar, həm də turistlər üçün gözəl seçimdir. Otelin bütün rahatlığı və şəraiti olan 75 otağı var. Oteldə 24 saatlıq otaq servisi mövcuddur. Əla təchiz olunmuş “Baku Ballroom”, “Kura Room”, “Araz Room” və “Grand Europe Exhibition centre” müxtəlif tədbirlərin, konfransların, seminarların, sərgilərin və böyük şənliklərin keçirilməsi üçün ideal yerdir. Qonaqlar dünya mətbəxinin yeməkləri verilən “Caviar Restaurant”da rahat mühitdə dincələ bilərlər. “Caspian Bar” sizə geniş çeşiddə içkilər təklif edir.

Yorğun iş günündən sonra bizim kardio idman, həmçinin güc hərəkətləri üçün olan yüksək keyfiyyətli avadanlıqla təhciz olunmuş “Olympus” idman mərkəzinə dəvət edirik. Mərkəzin həmçinin Saunası və Türk hamamı qonaqların xidmətindədir. Yüksək səviyyədə əylənmək üçün sizi bizim yeni təmirdən çıxmış “Capones’” gecə klubuna dəvət edirik.

 

New Baku Hotel ****

Bakının mərkəzində yerləşən  New Baku Hoteli  Rusiya Federasiyası, Türkiyə Cumhuriyyəti və Amerika Birləşmiş Ştatları səfirliklərinin yaxınlığında yerləşir. Otel həmçinin Heydər Əliyev adına hava limanından 25 dəqiqəlik bir məsafədədir.
New Baku Hotelində yaradılmış yüksək səviyyəli xidmət işgüzar səfərdə, istirahətdə olan qonaqlarımızı evlərindəki kimi hiss etdirir.
7 mərtəbəli otelimizdə Sizin qalmağınız üçün hər bir şəraiti olan 48 ədəd rahat otaqlar vardır. 
New Baku Hotelinin bütün nömrələri hava tənzimləyicisi, saçqurudan, peyk/kabel antenalı televizor, duş kabini, sürətli internet, minibar, rəqəmsal seyflə təchiz olunmuşdur.
Qonaqlarımız üçün  24 saat otaq servisi menyusu təklif olunur.

 

Ramada Hotel & Suites Baku

Şəhərin mərkəzində olan, Hotel "Ramada Hotel & Suites Baku", Heydər Əliyev adına Beynəlxalq Hava Limanına 12 km və sərgi mərkəzi, Bakı EXPO-dan, 10 km məsafəsində yerləşir.
Otel məxsusi memarlıq planı, müasir dekorasiyası, texniki imkanları və yaxşı yetişdirilmiş işçi heyəti ilə beynəlxalq otel standartlarına cavab verən xidmətlər təklif edir.
Hotel 20 Standart Otaq, 18 Superior, 25 Junior Suite, 9  Suite,  4 duplex otaqlar və məhdud məsuliyyətli olan şəxslər üçün 1 otaq, olmaq üzrə  77 ədəd əla dekor edilmiş otaqlardan, ibarətdir. 
Konfrans zalı, spa mərkəzi, “Şamdan”  “a la carte”  restoranı müştərilərin bütün zəruri xidmətlərlə təmin edəcek şəkilde dizayn edilmişdir.
Oteldə Bütün otaqlar Aşağıdakı avadanlıqlarla təchiz olunur:

  • 42 dyümlü plazma  ekran TV, kanallarının geniş seçimli  kabel və peyk TV
  • iş zonası və istirahət zonası
  • ikili  telefon xətti
  • yüksək sürətli və simsiz İnternet
  • istilik və soyutma sistemi
  • fərdi hava filtrasiya
  • hamam və gigiyenik  aksesuarları
  • xalat, tərlik
  • fen, ütü və ütü masası
  • mini-bar, çay və qəhvə ləvazimatları
  • seyf
  • Qeyri-allergik yastıq, uşaqlar üçün çarpayı  və (xahiş üzrə) əlavə çarpayı
  • 24 saat otaq xidməti
  • Açılan pəncərə və eyvan,  təmiz havaya  baxan

Bizim "Green Konfrans Salonunda", konfrans zalı tam son texnologiya ilə təchiz olunub.
Bundan başqa, "Ramada Hotel & Suites Baku" hava limanı transfer, tibbi yardım, turlar, bilet, otaq xidməti bir servis kimi xidmətləri təklif edir.

 

Riviera Mehmanxanası ****

Riviera Mehmanxanası Bakının mərkəzində, Xəzər dəniz limanının yaxınlığında, əsas alış –veriş mərkəzlərinə və ticarət ofislərinə 10 dəqiqə uzaqlıqda yerləşir.

Mehmanxana qonaqlara 20 otaq təqdim edir.

Gozel deniz menzereli restoran

Konfrans zal movcuddur.

Siqaretçəkənlər üçün otaqlar ancaq sorğu ilə təqdim olunur.

Bütün otaqlar da:

  • Seyf və fen
  • İndividual havalandırma sistemi
  • Rahat iş masası
  • Birbaşa telefon xətti
  • Cox kanallı plazma TV
  • Yüksək sürətli simsiz İnternet xətti
  • Mini bar
  • 24 saat otaq xidməti
  • Axşam servisi

 

Sapphire İnn Hotel ****

Modern üslubda qurulan “Sapphire Inn Hotel” müasir rahatlıqların və yüksək səviyyəli xidmətin qovuşduğu məkandır. Qonaqların rahatlığı və xoş vaxt keçirmələri üçün otelimizdə hər bir şərait yaradılıb.   
Sapphire Inn Hotel şəhərin düz mərkəzində yerləşib və bu sizə vaxtınızı itirmədən şəhərin görməli yerlərini, ticarət və əyləncə, həmçinin biznes mərkəzlərini ziyarət etməyə imkan verəcək.
Sapphire Inn Hotel 56 geniş otaqlardan ibarətdir. Onlardan 26-ü biznes, 19 delyuks, 11-i isə ailəvi delyuks nömrələrdir.
Hər nömrə ikiyataqlı çarpayı, duş kabini ilə təchiz edilmiş hamam otağı, yazı masası, stullar, yumşaq mebel, LCD televizoru, kondisioner sistemi,  internetə simli və simsiz qoşulma imkanı, telefon, seyf və mini-barla təchiz edilib.

Xəbərlər

Bütün xəbərlər