25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi

15 - 17 may 2019 • Bakı Ekspo Mərkəzi

Ziyarətçilər üçün » İş rejimi


Sərginin iş saatları  ↑ 

 

15 may, Çərşənbə   11:00 - 18:00
16 may, Cümə axşamı   10:00 - 18:00
17 may, Cümə   10:00 - 16:00

 

Nəzərinizə çatdırmaq istərdik ki, ziyarətçilərin sərgiyə girişi sərginin iş vaxtının bitməsinə 30 dəqiqə qalmış dayandırılacaqdır.


Keçirildiyi yer  ↑ 

"Bakı Ekspo" Sərgi və Toplantı Mərkəzi
Ünvan: AZ1050, Azərbaycan, Bakı,
Suraxanı rayonu, Heydər Əliyev pr., 515

Sərgiyə necə gəlmək olar:

"Bakı Ekspo" Sərgi və Toplantı Mərkəzi Heydər Əliyev adına Beynəlxalq Hava Limanından 3 dəqiqəlik məsafədə yerləşir.

Sərgi ziyarətçiləri şəhər nəqliyyatından faydalana bilərlər:

  • "Koroğlu" metro stansiyasından - N 136, 160, 171

 

 

Ziyarət qaydaları  ↑ 


Sizi sərgini ziyarət edən qonaqlardan biri kimi salamlamağa məmnunuq!

  • 15-17 may tarixlərində sərgiyə yalnız bu sahənin mütəxəssisləri və iş adamları daxil ola bilərlər.
  • Sərginin mövzusuna aid fakültələrin tələbələri sərgini 15-17 may tarixlərində, girişdə tələbə biletini təqdim etməklə, ziyarət edə bilərlər. Digər fakültələrin tələbələri sərgiyə buraxılmayacaqlar.
  • Yaşı 16-dan az olan şəxslər sərgiyə buraxılmayacaqlar.

Bu il təşkilatçılar Bagcam.az uşaq bağçaları şəbəkəsi ilə əməkdaşlığa başlamışlar. Bu şəbəkə sərgidə uşaqlar üçün əyləncə zonası yaradacaq və valideynlər öz uşaqlarını bu təhlükəsiz zonaya ötürdükdən sonra sərgi stendlərini rahat şəkildə ziyarət edə biləcəklər. Uşaqlar üçün əyləncə zonası Bakı Ekspo Mərkəzinin foyesində yerləşəcək və burada Bagcam.az şəbəkəsinin peşəkar müəllim və tərbiyəçiləri uşaqları maarifləndirici oyunlara, habelə faydalı və əyləncəli tədbirlərə cəlb edəcəklər.

Siz sərgini dəvətnamə və ya sərginin internet səhifəsində qeydiyyatdan keçməklə əldə edəcəyiniz elektron biletlə ziyarət edə bilərsiniz. Vebsaytda qeydiyyatdan keçməklə, Siz sərgiyə dair bütün materialları "FAST TRACK" masasından alacaqsınız və bununla da sərgidə qeydiyyat üçün sərf edəcəyiniz vaxta qənaət etmiş olacaqsınız.

Ziyarətçinin döş nişanı bu imkanları verir:

  • Sərginin bütün iş günlərində sərgini pulsuz ziyarət etmək;
  • Qeydiyyatdan keçmək üçün növbəyə durmadan sərgiyə daxil olmaq;
  • Sərgi ilə bağlı məlumatlar paketini əldə etmək;
  • Sərginin işgüzar proqramında iştirak etmək (seminarlar, konfranslar, təqdimat mərasimlərində iştirak etmək üçün ayrıca dəvətnaməyə ehtiyac yoxdur).

» Dəvətnaməni əldə edin


Sərgi kompleksinin ərazisində servis xidmətləri  ↑ 
  • Tibb məntəqəsi
  • Restoran
  • Qəhvə evi
  • Bankomat
  • Enerji yükləmə stansiyası
  • Sərgi təşkilatçılarının stendi
  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi

 

 


Sizi sərgidə gözləyirik!

Xəbərlər

Bütün xəbərlər