24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi

16 - 18 may 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

WorldFood Azerbaijan - 50 növ mükəmməl çay!

50 növ mükəmməl çay!
18.05.2017

Xəbərlər

M.N.Nazlin, “Sri Lanka Tea Board” şirkətinin meneceri və Rusiya və MDB ölkələrindəki təmsilçisi 

Biz bu gün sərgidə “Rivon” ticarət markası olan “Seylon Ti Lend” şirkətini təqdim edirik. Bu marka kiçik çay bağlamaları, çay paketləri və açıq çat formalarını təklif edir. Bizim şirkət uzun illərdir ki, bütün dünyada öz unikallığı ilə tanınan müxtəlif çay sortlarının istehsalı ilə məşğuldur. Biz ondan artıq ölkədə fəaliyyət göstəririk və müştərilərin müxtəlif zövq və tələblərini qane etmək iqtidarındayıq, çünki hazırda bizim məhsul çeşidləri arasında təxminən ətirli və ətirsiz, meyvəli, yaşıl və ümumilikdə 50-yə yaxın çay növü yer alır. Ən əsası isə biz daimi keyfiyyətə, təmizliyə, qablaşdırmanın etibarlılığına və vaxtında çatdırılmaya zəmanət veririk.

Bizim stendin ekspozisiyasında meyvəli, güllü və yaşıl çay təqdim edilir. Biz ikinci dəfədir ki, Bakıya səfər edirik. Bizim şirkətin Bakıdakı əsas tərəfdaş-təmsilçisi “AZZA cake” şirkətidir və siz bu şirkətdə istənilən növ çay əldə edə bilərsiniz. Sərginin gedişatı məni çox razı salıb. Şirkət bu tədbir sayəsində yeni əlaqələr qazanıb. Əlbəttə, gələcək illərdə də Bakıda keçiriləcək sərgilərdə iştirak etmək istəyirik və ümidvarıq ki, daim müsbət nəticələr əldə edəcəyik.


Xəbərlər

Bütün xəbərlər