24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi

16 - 18 may 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

WorldFood Azerbaijan - “WorldFood Azerbaijan 2017” sərgisi: dünya istehsalçılarından bol məhsullar

“WorldFood Azerbaijan 2017” sərgisi: dünya istehsalçılarından bol məhsullar
19.05.2017

Xəbərlər

May ayının 19 Bakı Ekspo Mərkəzində dünyanın 21 ölkəsini təmsil edən 164 şirkəti bir araya toplamış 23-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2017” sərgisinin sonuncu iş günüdür. Qida sənayesi sərgisi sənayenin avadanlıq, məhsul və xidmətlərinin nümayiş olunması baxımından effektiv nümunəyə çevrilib və müştərilər tapmaq, biznes tərəfdaşları ilə mövcud əlaqələri möhkəmləndirmək, eləcə də yeni satış bazarlarına çıxmaq imkanı yaradıb.

Ölkə rəhbərliyinin sərgiyə göstərdiyi diqqət bu tədbiri layiqincə səciyyələndirən xüsusiyyətdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ölkənin Birinci xanımı Mehriban Əliyeva açılış günündə sərgini ziyarət etmiş və forumun əsas ekspozisiya və yenilikləri ilə tanış olmuşlar.

Sərginin təntənəli açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov qeyd etmişdir ki, qloballaşma və yer kürəsi əhalisinin artması fonunda ərzaq təhlükəsizliyi və əhalinin qida məhsulları ilə təmin edilməsi müasir bəşəriyyətin aktual problemidir. Müvafiq olaraq, bu sərginin keçirilməsi sənayenin yeni məhsul və təcrübələrinin nümayişi, beynəlxalq işgüzar əlaqələrin qurulması, peşəkarların görüşləri və xarici həmkarların təcrübəsi sektorun möhkəmlənməsinə, aqrar sənayenin yeni inkişaf mərhələsinə xidmət edir.

Belarus, Belçika, Yunanıstan, İspaniya, İtaliya, Latviya, Qazaxıstan, Meksika, Polşa, Rusiya və digər ölkələr dolğun ekspozisiyaları, sərfəli məhsul və xidmət təklifləri, perspektiv əməkdaşlıq istəyi ilə ziyarətçiləri sevindirib. İşgüzar tərəfdaşlığın inkişafının mühüm mərhələsi xarici istehsalçı və distribyutorların Azərbaycan bazarında mötəbər təkliflər siyahısı ilə şərtlənir.

“Made in Azerbaijan” brendi ilə çıxış edən və fəal şəkildə təbliğ olunan yerli şirkətlər də müsbət təəssürat yaradır. Yerli eksponentlər blokuna sərginin daimi iştirakçıları – “Azersun Holding”, “Gilan Holding” və “Metak” şirkətləri rəhbərlik edir, yerli meyvə və tərəvəz ixracatçıları “Amoris”, “Buta Group” “Bal Xurma” və digər şirkətlərin timsalında təmsil olunur. Sərgi yerli iştirakçıların zəngin və parlaq ekspozisiya nümunələri ilə ölkədə kənd təsərrüfatı sənayesinin inkişafını göstərib, bir sıra fermer təsərrüfatları və birgə layihələrin uğurlarının göstəricisinə çevrilib.

Sərgidə ziyarətçilər nümayiş olunan məhsul və içkiləri obyektiv ekspertlər kimi dequstasiya edirdilər. Müxtəlif pendirlər, qənnadı və süd məmulatları, ətirli çaylar, təbii şərablar, dondurmalar, meyvə konservləri, şirələr və bir sıra digər məhsullar yüksək qiymətləndirib və barələrində çox rəylər söylənib. Ümumilikdə, “WorldFood Azerbaijan 2017” sərgisinin iştirakçıları qida sənayesi üçün avadanlıqlar, qida məhsulları, baqqaliyyə məmulatları, inqrediyentlər, soyutma sistemləri, laboratoriya avadanlıqları və bir sıra digər məhsullar təklif ediblər. Buna görə də şübhəsiz ki, hər bir “WorldFood Azerbaijan” sərgisi qonaq, iştirakçı və ziyarətçilərdə müsbət emosiyalar doğurur. Qastronomik məhsullar, delikateslər, şirniyyatlar və qəlyanaltılara göstərilən diqqət fonunda sənaye iqtisadiyyatını perspektiv şəkildə əks etdirən kənd təsərrüfatı sektorunun inkişaf modeli olduqca inandırıcı görünür.

Xarici nümayəndələrin işgüzar fəallığının artması da səciyyəvi xarakter daşıyır.  Belə ki, “WorldFood Azerbaijan” sərgisi çərçivəsində eksponentlər və ziyarətçilər üçün seminar təşkil edilib. Bu tədbirin iştirakçıları xarici qida məhsulları istehsalçıları və tədarükçüləri, eləcə də yerli distribyutorlar olub. Sahibkarlar stendlərdə keçirilən peşəkar Ustad dərsləri (“Master-klass”lar) və ekspertlərin konsultasiyaları ilə yanaşı, Azərbaycan Keyfiyyət Assosiasiyası tərəfindən keçirilmiş seminarın faydasını da yüksək qiymətləndiriblər.

 “WorldFood Azerbaijan 2017” sərgisi ilə yanaşı, Bakı Ekspo Mərkəzində 11-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” və Xəzər Beynəlxalq “Qablaşdırma, Tara, Etiket və Poliqrafiya” “Ipack Caspian 2017” sərgiləri keçirilib. Bu tədbirlərin eyni platformada uğurlu vəhdəti bütün foruma əlavə peşəkar səmərəlilik gətirir və sənaye peşəkarlarının diqqətini yaxından cəlb edir.

Uzun illərdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi sərgilərə yaxından dəstək göstərir. Sərgilər həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir. Sərgilərin təşkilatçısı qismində “Iteca Caspian” və “ITE Group" şirkətləri çıxış edirlər.


Xəbərlər

Bütün xəbərlər