24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi

16 - 18 may 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

WorldFood Azerbaijan - Azərbaycanın ən təcrübəli şərab zavodunun uğurları

Azərbaycanın ən təcrübəli şərab zavodunun uğurları
18.05.2017

Xəbərlər

Məmməd Axundov, “Göygöl Şərab” zavodunun Müşahidə Şurasının sədri

Bizim cəmiyyət iki müəssisədən ibarətdir: 1860 ildə təsis edilmiş və Azərbaycanın ilk şərab zavodu olan “Göygöl Şərab” və spirt zavodu. “Göygöl Şərab” zavodunda istənilən növ şərab istehsal olunur və bunlardan bəziləri bu gün dequstasiya məqsədi ilə burada təqdim edilir. Bundan başqa, burada müxtəlif növ şampan və konyak da təklif edilir.

Qeyd etmək lazımdır ki, biz konyak hazırlamaq üçün xammalı, konyak spirtini şəxsi müəssisəmizdə istehsal edirik. Bundan başqa, zavod Kürəkçay dağ çayından gətirilən su əsasında mineral, süfrə sularının istehsalını da mənimsəyib. Spirtsiz məhsul xəttinə doqquz içki, təbii inqrediyentli limonadlar daxildir.

Bizim zavodun mühüm məhsulu araqdır. Qeyd etməliyəm ki, bu məhsul zavodda istehsal edilmiş yerli spirt əsasında hazırlanır. Bu gün Azərbaycanda araq istehsal edən müəssisələr spirti məhz bizdən alır. Biz bu lüks kateqoriyalı, yüksək keyfiyyətli xammalı dəfələrlə beynəlxalq sərgilərə və Moskvada dequstasiyaya göndərmişik və burada müəyyən mükafatlar qazanmışıq.

Zavod əsasən daxili bazarı təmin etsə də, bizim ixrac üçün də yaxşı imkanlarımız var. Bizim şərab nümunələri Çinə göndərilib və bununla yanaşı, biz Ukrayna, Belarus və Qazaxıstanla da əlaqələr qururuq.


Xəbərlər

Bütün xəbərlər