24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi

16 - 18 may 2018 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

WorldFood Azerbaijan - Möhtəşəm şirniyyat çeşidləri

Möhtəşəm şirniyyat çeşidləri
18.05.2017

Xəbərlər

Yevgeni Konrat, “Раhаt” (Qida) şirkətində ixracın inkişafı üzrə direktor müavini

Biz “WorldFood Azerbaijan” sərgisində dəfələrlə iştirak etmişik və bu tədbirdə iştirak etdiyimiz illərdə ciddi tərəfdaşlar qazanmışıq. Bizim məhsul yerli bazarda tanınsa da, şirkət tərəfdaşlıq münasibətlərini möhkəmləndirmək və genişləndirmək, əlavə alıcılar tapmaq məqsədi ilə bir daha ekspozisiya ilə çıxış edir. Biz bu məqsədlə sərginin iştirakçı və ziyarətçilərini yalnız təbii məhsullar əsasında hazırlanmış keyfiyyətli, dadlı şirniyyatlara, qənnadı məmulatlarına qonaq edirik. Biz fəxr edirik ki, dünən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev stendimizi ziyarət edib.

Bizim fabrik artıq 75 ildir ki, fəaliyyət göstərir və 350-dən artıq adda müxtəlif məhsullar, marmelad və şokoladlar, şokoladlı konfet çeşidləri, peçenye, karamel, vafli və digər məmulatlar istehsal edir. Bu məhshulların bir hissəsi “Halal” sertifikatına malikdir. Biz bu gün stendimizdə sadaladığımız məhsulların yalnız kiçik bir hissəsini təqdim edirik. Bizim şirkətin əsas məhsulu on iki ölkədə tələb olunan “Qazaxıstan” şokoladıdır. Bununla yanaşı, bizim yeni paytaxtımızın yeniliklərini əks etdirən “Astana” adlı məhsul da təqdim edilir. Müxtəlif  hədiyyə qablaşdırmalarında “Rahat” acı şokoladı da təklif olunur. Mən bizim şirkətin yeniliyi - Çikənddə açılmış və stendimizdə təklif edilən vafli, müxtəlif dadlı şirniyyatlar istehsal edən ikinci zavod barədə də məlumat vermək istəyirəm.


Xəbərlər

Bütün xəbərlər