23-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi

17 - 19 may 2017 • Bakı Ekspo Mərkəzi

Media мərkəz » Xəbərlər

Halva, zefir, marmelad, pastila

Halva, zefir, marmelad, pastila
18.05.2017

Xəbərlər

Kurmaz Yelena, “Красный пищевик” (“Krasnıy pişevik”) şirkətində Marketinq Departamentinin rəhbəri

– “Krasnıy pişevik” şirkəti Belarus Respublikasının ən qədim fabriklərindən biri kimi 1870-ci ildə fəaliyyətə başlayıb. Müəssisəmiz pastila və marmelad məmulatlarının istehsalı sahəsində ixtisaslaşır. Bizim fabrikin məhsullarının əsasını halva, zefir, marmelad, draje, konfetlər təşkil edir. Azərbaycan bazarı bizim üçün perspektivlidir - bu gün bizim məhsullar təbii və faydalı olduqlarına görə Bakının müxtəlif mağazalarında satılır və onlara böyük tələbat var.

Bizim əsas layihələrimizdən biri Bakıda ticarət evinin açılışı ilə bağlıdır. Sərgidə iştirak etməkdə əsas məqsəd müştəri bazasının artırılması, məhsullarımızın ictimaiyyətə təqdim edilməsi, müvafiq olaraq satış həcminin artırılmasıdır. Bizim məhsulların unikallığı tərkibinin 30%-nin alma püresindən ibarət olmasındadır. Dünyada heç bir müəssisə pastila və marmelad istehsalında bu göstəricilərə malik deyil. Bundan başqa, biz 40 dəqiqə ərzində deyil, bütün sutka ərzində hazırlanan klassik zefir texnologiyasını tətbiq edirik. Beləliklə, bu zefir rəqib məhsullardan fərqlənir.

Biz Bakıya ikinci dəfə səfər edirik –ilk dəfə bura iki il bundan əvvəl, yerli bazarı və rəqibləri öyrənmək məqsədi ilə gəlmişdik. Biz bu müddət ərzində müvafiq məhsul çeşidi hazırlamışıq və bu çeşid sayəsində yarım illik fəaliyyətlə yaxşı inkişaf dinamikası və uğurlu inkişafa nail ola bilərik. Ümumilikdə, bizim şirkət 150 adda məhsul istehsal edir. Bu gün biz sərgidə klassik məhsullarla yanaşı, yeni məhsulu, daha doğrusu “Confemillio” ticarət nişanının tropik dadını təqdim edirik.


Xəbərlər

Bütün xəbərlər